Saat:22:26
Haqqımızda

X şəbəkəsi də çökdü

2025-11-18 17:00:00

X şəbəkəsi də çökdü

Hurriyyet.az xəbər verir ki, X şəbəkəsinin istifadəçiləri bi sıra ölkələrdə sosial şəbəkənin işində problemlər yarandığını bildiriblər. Populyar internet resursların işindəki problemləri qeydə alan "Downdetector" saytının məlumatları da bu xəbəri təsdiqləyib.
Problemlər Bakı vaxtı ilə 15.30 radələrində başlanıb. Ən çox şikayət Yaponiyadan (11,2 minə yaxın), ABŞ-dən (8,6 min), Böyük Britaniyadan (2,3 min), Fransadan (1,1 min) daxil olub. İspaniya, Almaniya, Kanada, İtaliya və digər ölkələrdən olan istifadəçilər də problemlə qarşılaşdıqlarını bildiriblər.
İstifadəçilərin əksəriyyəti serverə daxil ola bilmədiklərindən, bir qismi isə proqramın və saytın işində xətalarla qarşılaşdıqlarından şikayət ediblər.
Hürr Tərcüman