"WhatsApp" qadağan edilə bilər
2025-07-18 19:44:54
"WhatsApp" Rusiya bazarını tərk etməyə hazırlaşmalıdır.
Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Rusiya parlamentinin informasiya texnologiyaları komitəsini sədrinin müavini Anton Qorelkin deyib.
O bildirib ki, Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb.
Meta hələlik məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, şirkətin "Facebook" və "Instagram" sosial media platformaları 2022-ci ildən bəri Rusiyada qadağan olunub.
