Saat:14:34
Haqqımızda

Vyetnamda daşqınlar - Ölənlər var, şəhər suyun altında qaldı

2025-11-19 12:50:11

Vyetnamda daşqınlar - Ölənlər var, şəhər suyun altında qaldı

Hurriyyet.az xəbər verir ki, Vyetnamda uzun müddət davam edən leysan yağışlar güclü daşqınlara səbəb olub. Daşqınlar nəticəsində yeddi nəfərin öldüyü, minlərlə insanın təxliyə edildiyi bildirilir.
Media xəbərlərinə görə, iki gün ərzində bəzi ərazilərdə 500 millimetrə qədər yağış yağaraq güclü daşqınlara səbəb olub. 
19 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. 7  min hektardan çox ərazidə düyü tarlası su altında qalıb. Suyun səviyyəsi bəzi yerlərdə 1,5 metrə çatıb.
Ən çox Bindin vilayəti  zərər çəkib - onun Kuinen şəhəri demək olar ki, tamamilə su altında qalıb. Xilasedicilər insanları evlərin damlarından təxliyə edirlər.
Hürr Tərcüman