Saat:18:34
Haqqımızda

Vüqar Qurbanov Vəfa Hüseynzadəni yüksək vəzifəyə təyin etdi

2025-12-23 15:23:43

Vüqar Qurbanov Vəfa Hüseynzadəni yüksək vəzifəyə təyin etdi

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib.

Hurriyyet.az xəbər verir ki, xəstəxananın direktoru vəzifəsinə Vəfa Hüseynzadə təyinat alıb.

Qeyd dək ki, Hüseynzadə Vəfa Oruc qızı 1978-ci ildə anadan olub.

2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

2000-2001-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda internatura təhsili alıb.

2003-cü ildən ETMG İnstitutunda elmi işçi, böyük elmi işçi, həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

2009-cu ildə “Abdominal doğuşun müasir aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2011-2014-cü illərdə Fransada endoskopik cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.

2021-ci ildə ETMG institutunda Zahılıq şöbəsinin müdiri təyin edilib.

2022-ci ildə Kliniki Tibbi Mərkəz PHŞ-də 5 nömrəli Doğum Evinin baş həkimi vəzifəsində işləyib.

2023-2025-ci illərdə Nizami Tibb Mərkəzinin Doğum Evinin direktor müavini, Doğum Evinin rəhbəri vəzifəsində işləyib.

Xarici ölkələrdə keçirilən çoxsaylı konfranslarda iştirakçı və məruzəçi olub.

30-a yaxın elmi məqalələrin və bir monoqrafiyanın müəllifidir.

Həmçinin, bir neçə tibb üzrə fəlsəfə doktoru dissertasiyasına rəsmi opponent olub.

22.12.2025-ci ildə Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. (Bizim.Media)