Vitkoffun Zelenski ilə görüşü ləğv etməsinin səbəbi açıqlanıb
2025-11-24 16:28:20
Hurriyyet.az xəbər verir ki, Vitkoffun Zelesnki ilə görüşdən imtina etməsinin səbəbi açıqlanıb.
"Axios" nəşri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin İstanbulda planlaşdırılan görüşünün ləğv edilməsindən yazıb. "Axios" nəşrinin məlumatına görə, bu qərar Amerika tərəfinin Kiyevin Vaşinqton tərəfindən təklif olunan sülh planını müzakirə etmək istəyini nümayiş etdirmədiyi qənaətinə gəlməsindən sonra verilib.
Hürr Tərcüman
