Saat:16:02
Haqqımızda

Vəzifəli şəxsə cinayət işi açıldı- SƏBƏB NƏDİR?

2025-11-20 14:17:32

Vəzifəli şəxsə cinayət işi açıldı- SƏBƏB NƏDİR?

"Baksol" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həlak olan 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı açılmış cinayət işinin istintaqı yekunlaşıb.

Hurriyyet.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətləri üzrə qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb olunub.

Rəis həbs edilməyib, lakin məhkəməyə qədər onun barəsində "başqa yerə getməmək" qətimkan tədbiri tətbiq edilib.

İstintaq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədova tərəfindən araşdırılacaq.

Cümşüd Cümşüdlünün meyiti Hövsan qəsəbəsindəki kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.