Saat:23:54
Haqqımızda

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

2025-12-17 10:16:26

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan 1994-cü il təvəllüdlü jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində onun barəsində xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Müəyyən edilib ki, İ.İsmayılova “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist xanım”,  “Tülkügöz” və digər saxta istifadəçi adlar, profil və hesablar yaradıb. O bu hesablarda kütləvi nümayiş etdirməklə vəkil Nemət Kərimli və onun qohumlarının ünvanına təhqirlər yazıb.

Həmçinin məlum olub ki, İmamət İsmayılova ilə vəkil arasında reallıqda heç bir mübahisə və ya münaqişə baş verməyib. İ.İsmayılova başqa şəxslərdən eşitdiyi hansısa informasiya əsasında belə addım atdığını deyib.

Bundan başqa qeyd edilib ki, İ.İsmayılova bu ilin iyul ayında da oxşar əməllərə görə 6 aylıq həbs edilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İ.İsmayılovaya bu dəfə 4 ay həbs cəzası verilib. Onun vaxtı başa çatmamış cəzası ilə yeni cəzası birləşdirilərək qəti olaraq 8 ay həbsə məhkum edilib.

Qeyd edək ki, İ.İsmayılova daha əvvəl bir sıra saytlarda jurnalist kimi çalışıb.