Vaqif Axundov Fəxri xiyabanı ziyarət edib — FOTOLAR
2025-12-12 20:07:27
Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi (2003–2020-ci illərdə), general-polkovnik Vaqif Axundov 12 dekabr – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Ziyarət zamanı o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, dahi dövlət xadiminin xatirəsini dərin ehtiramla yad edib.
Qeyd edək ki, Vaqif Axundov ulu öndər Heydər Əliyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdə Vaqif Axundov Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi kimi dəfələrlə Azərbaycanın dövlətinə və ölkə başçısına qarşı xain təxribat planlarının qarşının alınmasında mühim rol oynayıb.





Vaqif Hüseynli
Demokrat.az
