Saat:01:39
Haqqımızda

Utsiq Azərbaycana qayıtdı

2025-07-18 21:18:29

Utsiq Azərbaycana qayıtdı

"Zirə" ilə müqaviləsinin müddəti başa çatmasa da, "qartallar"ı tərk etmək istəyən hücumçu Rafael Utsiq Azərbaycana qayıdıb.

Hazırda Bakıda olan alman əsilli braziliyalı "qartallar"ın hazırlığında iştirak etmir.

Xatırladaq ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bu yay "Qarabağ"la keçirdikləri yoxlama oyunundan (0:4) sonra Utsiqə xəbərdarlıq edildiyini və düşərgəyə qayıdacağı halda, məsuliyyətsizliyinə görə böyük məbləğdə cərimələnəcəyini bildirib. \\Fanat.Az