Saat:14:05
Haqqımızda

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib

2025-11-19 12:36:40

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib.

Həmin müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin hüquqları və vəzifələri barədə məlumatlandırılması məqsədilə keçirilmiş tədbirdə MPQ üzvləri tərəfindən uşaqlara beynəlxalq və milli qanunvericiliyin müddəaları əsasında təqdimatlar edilib, müvafiq tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ombudsman Aparatının ixtisasca həkim və sosial işçi olan əməkdaşlarının da iştirakı ilə müəssisədə saxlanan uşaqlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb, qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilib, eyni zamanda, Ombudsmanın 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi barədə də məlumat verilib.