Ukraynadan Rusiyanın neft sektoruna növbəti zərbə
Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan Neft Emalı Zavoduna zərbələr endirib.
Oktyabrın 23-nə keçən gecə, PUA hücumundan sonra Ryazan vilayətindəki sənaye obyektində yanğın baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, yanğına vurulan dronların dağıntıları səbəb olub. Zərərçəkənlərin olmadığı, maddi zərərin həcminin hesablandığı bəyan edilib. Ötən gecə Ryazan vilayətində HHM sistemlərinin 14 ədəd dronu məhv elədiyi bildirilir.
Ryazan Neft Emalı Zavodu ildə 17 milyon tondan çox neft emal edir və ölkənin yanacaq infrastrukturunda strateji əhəmiyyətə malikdir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri oktyabrın 23-nə keçən gecə Rusiya hərbi-sənaye kompleksinin strateji hədəflərinə zərbələr endirib. Konkret olaraq, Ryazan Neft Emalı Zavodu və Belqorod vilayətindəki sursat anbarı vurulub.
Hürr Tərcüman
