Ukrayna Xəzərdə Rusiya gəmilərini vurdu
2025-12-12 16:28:54
Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər dənizində silah daşıyan gəmilərini Kalmıkiya sahillərində vurduqlarını bəyan ediblər.
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin məlumatına görə, “Kompozitor Raxmaninov” və “Askar Sarıdja” adlı iki gəmiyə zərbələr endirilib. Ukrayna tərəfi həmin gəmilərin silah və hərbi texnika daşıdığı üçün ABŞ-nin sanksiyalarına məruz qaldığını bildirib. Ukrayna Silahlı Qüvvələri gəmilərin marşrutu barəsində məlumatı "Çyoraya iskra" (Qara qığılcım) hərakatından alıb.
Hücumun nəticələri barəsində məlumat verilməyib. Rusiya hökuməti bəyanatla bağlı şərh verməyib.
Hürr Tərcüman
