Saat:15:24
Haqqımızda

Ukrayna-Suriya münasibətləri normallaşır

2025-09-25 16:53:16

Ukrayna-Suriya münasibətləri normallaşır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna ilə Suriya arasında əvvəllər Kiyevin təşəbbüsü ilə dayandırılmış diplomatik münasibətlər bərpa olunur. Bu barədə Ukrayna XİN məlumat yayıb. Nazirliyin "Teleqram" kanalında dərc edilmiş məlumata görə, diplomatik əlaqələrin qurulması barəsində sənəd Nyu-Yorkda, BMT Baş Assambleyasının tədbirləri çərçivəsində, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Suriya Prezidenti əhməd Əl Şaraanın iştirakı ilə iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
Ukrayna XİN xatırladıb ki. 2022-ci ildə Əsəd hökumətinin separatçı LXR ilə DXR qurumlarını tanımasından sonra Kiyev Dəməşq ilə diplomatik əlaqələrini kəsib.
Hürr Tərcüman


Load Time (S) : 0.587915