Saat:09:44
Haqqımızda

Ukrayna Rusiyanın raket gəmisini vurdu!

2025-08-28 13:35:10

Ukrayna Rusiyanın raket gəmisini vurdu!

Hurriyyet.az xəbər verir ki, Ukrayna hərbçiləri Azov dənizinin Krım sahillərində  Rusiyanın “Kalibr” qanadlı raketlərini daşıyan gəmisini vurub.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin  "Telegram" kanalında məlumat verilib.
Məlumatda deyilir: "Azov dənizində, müvəqqəti işğal olunmuş Krımın yaxınlığında, "Kalibr" qanadlı raketlərinin daşıyıcısı olan, 21631 "Buyan-M" layihəli  kiçik raket gəmisi vurulub. Əməliyyatı Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Fəal Əməliyyatlar Departamentinin hərbçiləri ilə "Kabuslar" xüsusi təyinatlı qrupu birlikdə həyata keçiriblər".
Departamentin məlumatına görə, hücum zamanı PUA gəminin radarını zədələyib, xüsusi təyinatlılar isə “Kalibr” daşıyıcısının özünə zərbə endiriblər.
"Nəticədə Temryuk körfəzində, potensial raket buraxılışı zonasında olan gəmi zədələnərək döyüş növbəsini tərk etməyə məcbur olub”.
Hürr Tərcüman


Load Time (S) : 2.157100