Ukrayna Rusiyanın neft bazasını vurdu, aeroportlar bağlandı
2025-12-02 11:35:56
Hurriyyet.az xəbər verir ki, dekabrın 2-nə keçən gecə Ukrayna dronları Rusiyanın Orlov vilayətindəki neft anbarına zərbələr endiriblər. Zərbələr nəticəsində neft anbarında partlayışlar və yanğınlar baş verib.
Bu barədə "Teleqram" kanalları məlumat veriblər.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Rusiyanın regionları və Krım üzərində 45 ədəd Ukrayna dronunin məhv edildiyini açıqlayıb. Onların əksəriyyəti - 14 ədədi Bryansk vilayəti üzərində vurulub. Bir dron isə Orlov vilayəti üzərində məhv edilib.
Bundan əlavə, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Vladikavkaz, Qroznı, Nalçik, Maqas, Mahaçqala, Krasnodar və Tambovdakı hava limanlarının müvəqqəti bağlandığını bildirib.
Hürr Tərcüman
