Saat:14:28
Haqqımızda

Ukrayna Rusiyanın gəmilərini vurdu

2025-12-22 12:07:53

Ukrayna Rusiyanın gəmilərini vurdu

Hurriyyet.az xəbər verir ki, dekabrın 22-nə keçən gecə Ukrayna dronları Rusiyanın Krasnodar vilayətinin Temryuk rayonundakı Volna qəsəbəsinə zərbələr endiriblər. Hücum nəticəsində hövzədəki iki gəmi və gəmilərin yan aldığı iki sahil qurğusu zədələnib. Gəmilərdəki insanlar təcili təxliyə ediliblər. Rəsmi məlumata görə, heyət üzvlər və sahil xidmətinin əməkdaşları arasında zərərçəkən olmayıb.  
Zərbələr hədəflərə dəydikdən sonra böyük sahələrdə yanğınlar baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyirlər.
Dekabrın 21-də, axşam saatlarında operativ qərargahda verilən məlumata görə, Volna qəsəbəsindəki terminallardan birində boru kəməri dron qəlpələrinin dəyməsi nəticəsində zədələnib. Yanğının sahəsi 100 kvadrat metri əhatə etsə də, zərərçəkən olmayıb.
Volna qəsəbəsində "Taman" dəniz limanı yerləşir. Orada neft məhsullarının, mayeləşdirilmiş neft qazının, ammonyakın və digər yüklərin boşaldılması üçün terminallar fəaliyyət göstərir.
Hürr Tərcüman