Ukrayna Rusiyanı "Flamingo" raketləri ilə BELƏ VURDU - VİDEO
13 noyabr gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri onlarla Rusiya hədəfinə kütləvi zərbələr endirib.
Hurriyyet.Az xəbər verir ki bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Ukrayna hücum PUA-larından, o cümlədən "Flamingo", "Bars" və "Lyuty" raketlərindən istifadə edib.
Baş Qərargahın məlumatına görə, Krımda Dəniz Neft Terminalının neft anbarına, vertolyot dayanacağına və Kirovskoye aerodromundakı PUA mövqelərinə, eləcə də Yevpatoriya yaxınlığındakı hava hücumundan müdafiə radar stansiyasına zərbələr endirilib.
Bundan əlavə, Berdyansk yaxınlığında Zaporojye bölgəsindəki Rusiya qoşunlarının neft anbarı və komanda məntəqələri vurulub. Baş Qərargah zərbələrin Rusiya daxilindəki hədəflərə də
dəydiyini qeyd edib.
