Saat:13:55
Haqqımızda

Ukrayna kəşfiyyatı Rusiyanın iki qırıcısını məhv etdi

2025-12-22 11:53:19

Ukrayna kəşfiyyatı Rusiyanın iki qırıcısını məhv etdi

Hurriyyet.az xəbər verir ki, Ukrayna kəşfiyyatı Rusiyanın Su-30 cə Su-27 qırıcılarını yandırıb.
Dekabrın 20-dən 21-nə keçən gecə Ukrayna kəşfiyyatı Rusiyanın Lipetsk yaxınlığındakı hərbi aerodromuna hücum edib. Hücum nəticəsində aerodromda yanğın baş verib  — Rusiyanın Su-30 və Su-27 qırıcıları alovlanıb. Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat verib. Açıqlamada deyilir: "Müqavimət hərəkatının üzvləri tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində Rusiyanın hər iki təyyarəsi sıradan çıxarılıb".
Məlumatda bildirilir ki, iki həftə davam edən hazırlıq sayəsində patrulların marşrutlarını və növbətçilərin növbə qrafiklərini öyrənmək mümkün olub. Bundan sonra onlar aeroderoma daxil ola, aqardakı təyyarələri vura və obyekti maneəsiz tərk edə biliblər.
Hürr Tərcüman