Saat:14:52
Haqqımızda

Ukrayna Fransadan qırıcılar və HHM sistemləri alacaq

2025-11-17 12:41:37

Ukrayna Fransadan qırıcılar və HHM sistemləri alacaq

Hurriyyet.az xəbər verir ki, Zelenski Fransa ilə "Rafale" qırıcıları və hava hücumundan müdafiə sistemi alınması üçün müqavilə imzalayacaq.
Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün noyabrın 17-də Parisdə səfərdə olacaq. "Röyter" agentliyinin məlumatına görə, Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr və raketləri tədarük etməsi ilə bağlı müqavilənin imzalanması gözlənilir.
Fransanın "Mirage" qırıcı təyyarələri, SAMP/T batareyaları üçün "Aster 30" raketləri və "Rafale" çoxməqsədli döyüş təyyarələrinin verilməsi ilə bağlı 10 illik strateji müqavilə imzalamağı planlaşdırdığı bildirilir. 
Hürr Tərcüman