UKRAYNA FRANSADAN 100 ƏDƏD "RAFALE" ALACAQ!
2025-11-17 15:55:21
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Fransadan 100 ədəd "Rafale" qırıcısını alacağını bəyan edib. Bu təyyarələri "Dassault Aviation" şirkəti istehsal edir.
Zelenski bu açıqlamanı Fransa Prezidenti Emmanuel Makronla müqavilə imzaladıqdan bir neçə dəqiqə sonra verib. Onun sözlərinə görə, Fransa təyyarələrinin alınması hər iki ölkənin müdafiə imkalarını möhkəmləndirən addım olacaq.
Zelenski deyib: "Bu mühüm tarixi məqamdır. 100 "Rafale" - sənayemizin və Ukrayna xalqı üçün yeni səhifədir. Dünyanın ən yaxşı HHM sistemlərindən birini alacağıq".
Hürr Tərcüman
