Saat:22:10
Haqqımızda

Ukrayna dronu Rusiya AES-ni hədəfə alıb?

2025-10-07 16:36:23

Ukrayna dronu Rusiya AES-ni hədəfə alıb?

Hurriyyet.az xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, Ukrayna dronu Rusiyanın Atom Elektrik Stansiyasına hücum edib.
"Rosenerqoatom" şirkətinin məlumatına görə, oktyabrın 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus döyüş PUA-sı Novovoronej Atom Elektrik Stansiyasının soyuducu qülləsinə hücum etməyə cəhd edib. İdarəsinin məlumatna görə, PUA operativ şəkildə aşkar edilib və texniki müdafiə vasitələri ilə dəf edilib. Dron  6 saylı enerji blokunun qülləsi ilə toqquşduqdan sonra partlayıb.
Dağıntı və zərərçəkənin olmadığı, təhlükənin sovuşduğu bildirilir.
Hürr Tərcüman