Ukrayna dronları Xəzər dənizində Rusiyanın qazma platformasına və hərbi gəmisinə zərbə endirdi
Hurriyyet.az “Ukrayinska Pravda” qəzetinə istinadən xəbər verir ki, 19 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xəzər dənizində patrul xidməti göstərən Rusiya neft platformasına və hərbi gəmisinə zərbə endirib.
Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin Rusiyanın “Oxotnik” gəmisinə zərbə endirdiyi bildirilir. Bunlar dəniz sərhədlərinin qorunması, patrul və dəniz vəziyyətinin öyrənilməsi imkanlarını birləşdirən müasir ikinci dərəcəli patrul gəmiləridir. Onlar sahil sularında geniş çeşidli missiyaları yerinə yetirmək üçün silahlanıb və təchiz olunublar. Hədəf Silahlı Qüvvələrin bir neçə dronu tərəfindən vurulub. Obyekt “Lukoil” şirkətinə məxsusdur.
Platforma neft və qaz istehsal edir ki, onların ixracı Rusiyanın büdcəsini doldurur və müharibəni maliyyələşdirir. Yatağın ilkin ehtiyatları təxminən 129 milyon ton neft və 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.
Xüsusi əməliyyat dronlarının zərbəsindən sonra platformaya dəyən ziyanın miqyası və gələcək əməliyyat qabiliyyəti müəyyən edilir.
NURAY
