Saat:12:06
Haqqımızda

Ukrayna bölünəcək? Zakarpatye Macarıstana veriləcək? Orban açıqlama verdi

2025-11-17 10:01:55

Ukrayna bölünəcək? Zakarpatye Macarıstana veriləcək? Orban açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynanın parçalanmasında iştirak etmək niyyətində olmadığını bəyan edib. Orban Almaniyanın "Axel Springer" media qrupunun baş direktoru Matthias Döpfnerin belə bir təklif ehtimalı ilə əlaqədar sualının cavabında deyib: ""Siz almanlar artıq başqa ərazilərdə buna cəhd etmisiniz və sonda biz uduzduq. Buna görə də təcrübə bizə deyir ki, belə bir avantyuraya qoşulmamalıyıq". macəraya başlamamalıyıq".
Orban Macarıstanın "Şərq mənşəli olmasına baxmayaraq, Qərb sivilizasiyasının bir parçası" olduğunu da qeyd edib: "Biz Qərbə məxsusuq. Bizim yerimiz buradır".
Hürr Tərcüman