Saat:15:24
Haqqımızda

Ukrayna Belqorodu vurdu - Ölənlər var

2025-10-08 11:54:26

Ukrayna Belqorodu vurdu - Ölənlər var

Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərinə raket zərbəsi endiriblər.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna qüvvələri Belqorod vilayətinin Şebekinski rayonunun Maslova Pristan kəndinə raket zərbəsi endiriblər. İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.
Qladkovun sözlərinə görə, zərbə sosial obyektə dəyib və bina qismən dağılıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və ərazi özünümüdafiə qüvvələri işləyir, axtarış-xilasetmə işləri davam etdirilir — dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.
Hürr Tərcüman

 


Load Time (S) : 0.455511