Saat:20:36
Haqqımızda

Türkiyəyə daha bir PUA düşdü

2025-12-20 16:58:59

Türkiyəyə daha bir PUA düşdü

Balıkesirin (Türkiyə) Manyas bölgəsində boş bir əraziyə pilotsuz uçuş aparatı düşüb.

Hurriyyet.az xəbər verir ki, Salur məhəlləsindəki boş əraziyə düşən dronu ilk görən tarlada çalışan fəhlələr olublar.

Onlar dərhal səlahiyyətli orqanlara xəbər veriblər.

PUA-nın Rusiyaya məxsus olduğu ehtimal edilsə də, dəqiq məlumat texniki araşdırmalardan sonra açıqlanacaq.

Qeyd edək ki, uçuş aparatı müvafiq yoxlamalardan keçməsi üçün Ankaraya göndərilib.

Xatırladaq ki, analoji hadisə dünən də İzmitdə baş verib.

Oxu.az