Türkiyənin reytinqli serialında gözlənilməz dəyişiklik
2025-11-26 22:29:16
“Show TV”nin iddialı seriallarından olan “Bahar”ın yayım günü dəyişdirilib.
Hurriyyet.Az Müsavat.com-a istinadla xəbər verir ki, hər həftə çərşənbə axşamı yayımlanan və geniş izləyici kütləsi toplayan “Bahar” serialının yayım günü dəyişdirilib.
Reytinq rekordu qıran layihə gələn həftədən etibarən bazar günü tamaşaçı qarşısına çıxacaq.
Yayım gününün dəyişdirilməsinə səbəb isə kanalın yeni serialı “Rüya Gibi”nin efirə çıxması olub. Serialın prodüserləri yayım gününün dəyişməsinin layihəyə mənfi təsir göstərməyəcəyini, əksinə, bazar günləri daha geniş tamaşaçı kütləsinə çatmaq imkanı yaradacağını bildiriblər.
