Türkiyədən İrana qarşı sanksiyalar
2025-10-02 16:45:08
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İranın bir sıra təşkilatlarının və bəzi vətəndaşlarının aktivlərinin dondurulması ilə bağlı fərman imzalayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, 20 İran vətəndaşının və 18 İran təşkilatının vəsaitlərinin dondurulması haqqında sənəd imzalayıb.
Siyahıya İranın Atom Enerjisi Təşkilatı, "Sepah" bankı, İsfahan Nüvə Yanacağı Araşdırma və İstehsal Mərkəzi (NFRPC), İsfahan Nüvə Texnologiyaları Mərkəzi (ENTC), "Mesbah Energy", "Modern Industries Technique", "Novin Energy", "Pars Trash" və digər təşkilat və şirkətlər daxildir.
Qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minib.
Hürr Tərcüman
