Saat:19:27
Haqqımızda

Türkiyədə sərnişin daşıyan tramvayı ildırım vurdu

2025-11-13 17:35:55

Türkiyədə sərnişin daşıyan tramvayı ildırım vurdu

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində sərnişin daşıyan tramvayı ldırım vurub. 
"Haberturk" qəzetinin məlumatına görə, hadisə günorta saatlarında Pancarlı rayonundakı Burç-Sud xəttində güclü yağış zamanı baş verib. Sərnişinlər təcili olaraq təxliyə ediliblər. Şahidlər sərnişinlərin bir qədər təşvişə düşdüklərini bildiriblər. Zədələnmiş tramvayın xətdən çıxarıldığı zaman ümumi xətdə hərəkətlər müvəqqəti olaraq dayandırılıb. Ardından hərəkət bərpa edilib.
Bələdiyyə sədri Fatma Şahin sosial media hesabında qeyd edib ki, tramvaylara quraşdırılmış ildırımdan müdafiə sistemi sayəsində nə nəqliyyat vasitəsi, nə də sərnişinlər xəsarət almayıblar.
Hürr Tərcüman