Saat:20:21
Haqqımızda

Türkiyədə qalmaqal: 149 hakimin karyerası bitdi

2025-11-22 19:45:16

Türkiyədə qalmaqal: 149 hakimin karyerası bitdi

Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Şurası mərc oynadıqları üçün diskvalifikasiya olunmuş hakimlərlə bağlı araşdırmalarını davam etdirir.

Peşəkar Futbol İntizam Şurasına (PFDK) sövq edilən 149 hakim diskvalifikasiya edilib. Onlardan 67-si qərardan apellyasiya şikayəti verib.

Arbitraj Şurası müraciətlərə baxıb və diskvalifikasiya qərarlarını qüvvədə saxlayıb. PFDK-dən cərimə alan 82 hakim bu qərarlardan apellyasiya şikayəti verməyib. Bununla da 149 hakimin karyerasına son qoyulub.

Daha əvvəl bildirilmişdi ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun oktyabrın 27-də 152 hakimin mərc oynaması ilə bağlı açıqlamasından sonra İstanbul Baş Prokurorluğu istintaqın gücləndiriləcəyini açıqlayıb.

Hacıosmanoğlu 371 hakimin mərc hesabının olduğunu və onlardan 152-nin mərc oyunlarında fəal iştirak etdiyini bildirib. Türkiyə Futbol Federasiyasının (TFF) qurumu olan Peşəkar Futbol İntizam Şurasının (PFDK) 149 hakimi səkkiz aydan 12 aya qədər müddətinə futboldan kənarlaşdırdığı, daha üç hakimlə bağlı araşdırmaların davam etdiyi bildirilir. \\Ölkə.Az