Türkiyədə minimum əməkhaqqı bu qədər artırıldı
2025-12-24 19:08:25
Türkiyədə minimum aylıq əməkhaqqı 27 faiz artırılaraq 28 075 lirə səviyyəsinə qaldırılıb.
Yeni məbləğ hazırkı məzənnə ilə təxminən 654 ABŞ dolları, 51 min Rusiya rublu və 1 134 Azərbaycan manatı təşkil edir.
Minimum əməkhaqqının yüksəldilməsi Türkiyənin Əmək və Sosial Təminat Nazirliyi və Minimum Əməkhaqqı Komissiyası tərəfindən təsdiqlənib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, 2025-ci ildə Türkiyədə xalis minimum əməkhaqqı 22 104 lirə idi. Yeni qərarla bu məbləğ təxminən 27 faiz artırılıb. Rəsmi açıqlamalarda artımın əsas səbəbi kimi inflyasiya təzyiqləri, yaşayış xərclərinin yüksəlməsi və muzdlu işçilərin alıcılıq qabiliyyətinin qismən qorunması göstərilir.\\Musavat.com
