Türkiyədə əməliyyat: 270 nəfər saxlanıldı
2025-07-17 17:04:05
Türkiyədə son iki gün ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 270 şübhəli saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
60 vilayətdə keçirilən əməliyyatlardan sonra 361 nəfər barəsində araşdırma başladılıb. Onlardan 270-i artıq saxlanılıb. Digər şübhəlilərin axtarışı isə ölkə xaricində davam etdirilir.
Axar.az
