Saat:01:45
Haqqımızda

Türkiyə XİN Netanyahunun qondarma "erməni soyqırımı" barəsində açıqlamasını qınayıb

2025-08-27 17:06:35

Türkiyə XİN Netanyahunun qondarma

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Binyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasını pisləyib.
Türkiyə XİN Netanyahunun həmin çıxışı ilə bağlı kəskin bəyanat verib. Ankara bildirib ki, bu açıqlama keçmişin ağır səhifələrindən siyasi məqsədlərlə istifadə eləmək cəhdidir. 
Türkiyə XİN-in bəyanatında deyilir: "Fələstin xalqına qarşı törədilən soyqırımındakı roluna görə ittiham edilən Netanyahu özünün və rəhbərlik elədiyi hökumətin cinayətlərini ört-basdır etməyə çalışır. Biz tarixi və hüquqi faktlarla bir araya sığmayan bu açıqlamanı pisləyirik və təkzib edirik". 
Hürr Tərcüman