Saat:18:55
Haqqımızda

"Türkiyə Suriyaya əlavə hərbi texnika göndərəcək"

2025-10-17 15:38:18

Hurriyyet.az xəbər verir ki, "Blumberq" nəşrinin məlumatına görə, Ankara yaxın həftələrdə Suriyaya əlavə hərbi texnika, o cümlədən zirehli avtomobillər, pilotsuz təyyarələr, artilleriya, raketlər və hava hücumundan müdafiə sistemləri göndərmək niyyətindədir. Nəşrin yazdığına görə, İsraillə münaqişə riskini azaltmaq üçün avadanlıq ölkənin şimalında yerləşdiriləcək.
Türkiyə ilə Suriya arasında 30 illik razılaşmaya əsasən, yaraqlı qruplaşmalara zərbələr endirmək üçün icazə verilən 5 kilometrlik sərhədyanı zonanın 30 kilometrə qədər genişləndirilməsi planlaşdırılır. Ankaranın hədəfinin sərhəd bölgəsinə nəzarəti gücləndirmək və terror təhdidlərinin qarşısını almaq olduğu bildirilir.
Hürr Tərcüman