Saat:19:48
Haqqımızda

Türkiyə gəmisinə dron hücumu - Ukrayna sahillərindəki gəmidə yanğın başlayıb

2025-11-17 17:38:18

Türkiyə gəmisinə dron hücumu - Ukrayna sahillərindəki gəmidə yanğın başlayıb

Rusiya Odessa vilayətinin cənubunda maye qazla yüklənmiş Türkiyə gəmisinə dronla hücum edib.

Hurriyyet.az xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın başlayıb. Gəmidə böyük partlayış təhlükəsi səbəbindən qonşu Rumıniyadakı sərhəd kəndlərindən insanlar təxliyə olunur.

"Euronews"un məlumatına görə, sözügedən kənd Ukrayna sərhədi yaxınlığında yerləşən Rumıniyanın Plauru kəndidir. Artıq on beş sakin təxliyə edilib.

"Yanğın İzmail şəhəri yaxınlığında dron hücumundan sonra baş verən maye qazla yüklənmiş gəmidən qaynaqlanıb. Partlama riski yüksəkdir, ona görə də hakimiyyət orqanları potensial təhlükə zonasından insanları müvəqqəti olaraq təxliyə etmək qərarına gəlib", - deyə nəşr qeyd edir.

Türkiyə hökumətinin Dənizçilik Baş İdarəsi gəminin 16 nəfərlik heyətinin təxliyə edildiyini bildirir. Bəyanatda deyilir: "16 türk heyət üzvünü daşıyan Türkiyə bayrağı altında üzən mayeləşdirilmiş təbii qaz tankeri ORINDA Ukraynanın İzmail limanında təxliyə manevri zamanı vurulub və alovlanıb. Heyət gəmini təhlükəsiz şəkildə tərk etməyi bacarıb. Xəsarət alan olmayıb”.

AzPolitika.info