Türkiyə "Altay" tanklarının istehsalına başlayır
2025-09-05 16:32:54
Hurriyyet.az xəbər verir ki, Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başlayır.
Türkiyənin ilk əsas hərbi tankı olan "Altay" Ankarada yerləşən zavodda istehsal ediləcək. 65 ton çəkisi olan hərbi maşın Türkiyənin hərbi mühəndisləri tərəfindən hazırlanıb, Türkiyə istehsalı olan BATU mühərriki ilə təchiz edilib.
"Altay" Türkiyənin ilk döyüş tankıdır.
Maşının Almaniya istehsalı olan "Leopard 1-2"-ni, həmçinin Amerikanın köhnəlmiş M48 və M60 tanklarını əvəz etməsi nəzərdə tutulur.
Tank sınaqlardan uğurla keçib. "Altay" tankının Türkiyənin müttəfiqlərinə satışı da planlaşdırılır.
Hürr Tərcüman
