Saat:18:27
Haqqımızda

“Türkiyə ABŞ-ın təzyiqi altında Rusiya silahlarından imtina edəcək” – RUSİYA MEDİASI

2025-12-23 12:54:37

“Türkiyə ABŞ-ın təzyiqi altında Rusiya silahlarından imtina edəcək” – RUSİYA MEDİASI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan artan asılılıq səbəbindən S-400 hava hücumundan müdafiə raket sistemlərini Rusiyaya qaytarmaq ehtimalı var. Hurriyyet.az xəbər verir ki, politoloq və Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezer “Lenta”.ru-ya bildirib.

Ekspert qeyd edib ki, Türkiyə lideri növbəti prezident seçkilərindən əvvəl iqtisadiyyatı bərpa etməyə çalışır və Ərdoğanın mövqeyi qeyri-sabit ola bilər. “Buna görə də, onun "(ABŞ prezidenti Donald) Trampın tələblərinə tabe olmaqdan başqa çarəsi yoxdur", o cümlədən Rusiya ilə müqavilələri ləğv etmək”.

17 dekabrda “Bloomberg” mənbələrə istinadən bildirib ki, Türkiyə ABŞ ilə münasibətləri bərpa etmək üçün S-400 sistemlərini qaytarmağı düşünür.

NURAY