Saat:15:16
Haqqımızda

Türk ordusu üç istiqamətdən Suriyaya daxil oldu

2025-12-08 11:17:28

Türk ordusu üç istiqamətdən Suriyaya daxil oldu

Hurriyyet.az xəbər verir ki, Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil olub.
Bu barədə "KARAR" nəşri məlumat verib. Məlumata görə,  Türkiyə Silahlı Qüvvələri Suriyaya eyni anda üç istiqamətdən daxil olub: Afrin, Ras əl-Ayn və Hələbin şimalı tərəfdən. Türk bölmələrinin əsas irəliləmə xətti Menbic xəttidir.
Eyni zamanda, rəsmi Dəməşq də Suriya Demokratik Qüvvələrinin (PKK/YPG terror təşkilatı) nəzarətində olan Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr göndərir. Suriya qoşunları artilleriya dəstəyi alır və dronlar vasitəsi ilə qorunur.
Türk ordusunun bir karvanı Deyr Ballut keçidindən daxil olub və Hələb əyalətinə doğru hərəkət edir. Digər bir karvan isə ötən gecə  Ədvaniyyə keçidindən sərhədi keçib. Karvanlara zirehli texnika və hərbi logistika elementləri daxildir.
Hürr Tərcüman