Saat:18:41
Haqqımızda

Türk heyəti Suriyadadır - Prezidentlə görüşəcəklər

2025-12-22 16:03:53

Türk heyəti Suriyadadır - Prezidentlə görüşəcəklər

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın başçılıq etdiyi nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşq şəhərinə səfər edib. Türkiyənin müdafiə naziri Yaşar Güler ilə Milli Kəşfiyyat İdarəsinin başçısı İbrahim Kalın da nümayəndə heyətinin tərkibindədirlər.
Səfərin gedişində Suriya Prezidenti Əhməd Əş Şaraa ilə görüş gözlənilir. Görüşdə iki dövlət arasında münasibətlər, o cümlədən milli təhlükəsizlik və İŞİD ilə mübarizə məsələlərində  əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Hürr Tərcüman