"TRİPP Rusiya üçün yeni imkanlar açacaq" - Ermənistan Prezidenti Zəngəzur dəhlizindən danışdı
2025-11-21 15:15:08
Hurriyyet.az xəbər verir ki, Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin) Gürcüstan üçün təhlükə yaratmayacağını, əksinə, Rusiya da daxil olmaqla region ölkələri üçün yeni imkanlar açacağını bəyan edib.
Xaçaturyan Gürcüstanın tranzit statusunun azalmasının mümkünlüyü barəsində suallara cavab verərkən deyib: "Onlar üçün heç bir təhlükə olmayacaq, onlar heç bir itkiyə məruz qalmayacaqlar. Əksinə, Gürcüstanın əhəmiyyəti artacaq".
Hürr Tərcüman
