Trampın “Sülh planı”: O, Rusiyaya hansı əraziləri təklif edir?
ABŞ-nin “sülh planı”nın indiki formada həyata keçirilməsi Rusiyanın demək olar ki, Lüksemburq boyda ərazini döyüşsüz əldə etməsi ilə nəticələnə bilər.
Hurriyyet.az xəbər verir ki, bu, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatlarına əsaslanır.
“Sülh planı” Rusiyanın təqribən 2300 kvadrat kilometr ərazi əldə etməsini nəzərdə tutur ki, bu da demək olar ki, Lüksemburqla (2590 kvadrat kilometr) eynidir.
Digər məsələlərlə yanaşı, Ukrayna Donetsk vilayətində təxminən 5 min kvadrat kilometr, Luqansk vilayətində isə 45 kvadrat kilometr ərazini verəcək.
Bunun müqabilində Moskvadan Xarkov vilayətində təxminən 2000 kvadrat kilometr, Dnepropetrovsk vilayətində 450, Sumı vilayətində 300 və Çerniqov vilayətində 20 kvadrat kilometr ərazini geri qaytarılması tələb olunur.
“Vaşinqtonun təklif etdiyi plan faktiki olaraq Ukrayna ərazisinin 20%-nin 0,5%-dən az hissəsinin qaytarılması müqabilində verilməsini nəzərdə tutur”, - hesabatda deyilir.
ABŞ prezidenti Donald Tramp Ukraynaya Amerika tərəfinin təklif etdiyi “sülh planı” ilə razılaşmaq üçün gələn cümə axşamı, noyabrın 27-nə qədər vaxt verib.
Yenisabah.az
