Saat:22:12
Haqqımızda

Trampın qərarı Rusiyadan neft və qaz alanlara zərər vuracaq

2025-07-15 08:31:20

Trampın qərarı Rusiyadan neft və qaz alanlara zərər vuracaq

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Rusiya Federasiyasına qarşı rüsumları bu ölkədən neft və qaz alanlara təsir edəcək. ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların olmayacağı təqdirdə, Rusiyanın ticarət tərəfdaşlarına 100% həcmində rüsumlar tətbiq etməyi planlaşdırır. Bu qərar RF-dən neft, qaz və digər enerji daşıyıcıları satın alanlara şamil ediləcək.
Bu barədə "Vaşinqton Post" nəşri məlumat yayıb.
Qəzetin Ağ Evin təmsilçisinə istinadla yazdığına görə, Trampın planı Rusiya məhsullarının idxalına 100% rüsum, Rusiya neftini, qazını və digər enerji daşıyıcılarını satın alan ölkələrə isə bir daha 100% rüsum tətbiq edilməsini nəzərdə tutur.
Hürr Tərcüman