Trampın qərarı müzakirələri alovlandırdı...
2025-12-22 19:56:11
Hurriyyet.az xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi ilə bağlı "Danimarka Krallığının ərazi bütövlüyünə hörmət gözləyirik" dedi.
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Luiziana qubernatoru Jeff Landry-ni Qrenlandiya üzrə xüsusi elçi təyin etməsinə reaksiya verdi. Frederiksen sosial media paylaşımında Qrenlandiyanın "satış üçün" olmadığını bildirərək əlavə etdi: "Qrenlandlar öz gələcəklərini özləri müəyyən edirlər. Həmişə istədiyinizi əldə etmirsiniz".
Ölkəsinin demokratik dəyərlərindən imtina etməyəcəyini qeyd edən Frederiksen bildirib: "Danimarka Krallığının ərazi bütövlüyünə hörmət gözləyirik".
NURAY
