Trampın Ermənistana səfəri ləğv olundu - Bu səbəbdən
Donald Con Trampın noyabrın 12-də Ermənistana planlaşdırılan səfəri gözlənilməz şəkildə ləğv edilib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının keçmiş deputatı Arman Babacanyan “Facebook” səhifəsində məlumat yayıb.
Səfərin ləğv edilməsinə səbəb Ermənistanda baş verən daxili münaqişələr, eləcə də “Tashir Capital”ın baş direktoru Narek Karapetyan ilə tanınmış amerikalı jurnalist Taker Karlson arasındakı səs-küylü müsahibə olub. Yerli mətbuat yazır ki, sözügedən müsahibə Ermənistanın dünyəvi hakimiyyət orqanları ilə Erməni Apostol Kilsəsi arasındakı münaqişəyə işıq salıb.
Bu açıqlamalar ABŞ-ın mühafizəkar dairələrində böyük səs-küyə səbəb olub. Faktların öz kanalları vasitəsilə təsdiqini alan Tramp səfəri ləğv etmək qərarını dərhal qəbul edib.//Publika.az

