Trampdan Avropaya ÇAĞIRIŞ
2025-09-04 19:32:13
ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə Rusiyadan neft almamağı tövsiyə edib.
Bunu Tramp Parisdə “İstəklilər koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib.
O qeyd edib ki, Avropa ölkələri Rusiyadan neft almağı dayandırmalıdır.
Onu da bildirək ki, əgər Avropa ölkələri Rusiyadan neft almağı dayandırsa, Azərbaycanın qitənin neft bazarındakı payı arta bilər. \\Ajans.az
