Tramp Zelenskini təslimiyyətlə razılaşmağa çağırıb
2025-12-09 17:14:01
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna ilə bağlı təkliflərlə razılaşmağa başlamağa çağırıb.
Tramp "Politiko" ("Politico") nəşrinə müsahibəsində artıq Vladimir Zelenskinin özünü ələ almalı və Ukraynada münaqişənin nizamlanması ilə bağlı irəli sürülmüş təkliflərlə razılaşmağa başlamalı olduğunu söyləyib.
Tram deyib: "Artıq özünü ələ almalı və razılaşmağa başlamalıdır. Çünki, siz məğlub olduğunuz zaman... O isə məğlub olur".
Hürr Tərcüman
