Tramp yenə Zelenskini təhqir edib
2025-12-09 17:32:39
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bir daha ukraynalı həmkarı Vladimiz Zelenskini "alverçi" adlandırıb. Siyasətçi "Politiko" ("Politico") nəşrinə müsahibəsində deyib: "Bilirsiniz, o... o... alverçidir".
Həmin müsahibədə Tramp oğlu Donald Trampın ABŞ-nin Ukraynadan uzaqlaşması ilə bağlı şərhlərinin "tam doğru olmadığını", eyni zamanda yalan da olmadığını bildirib.
Ağ Ev rəhbəri vurğulayıb ki, Amerikanın keçmiş Prezidenti Cozef Bayden Ukrayna hökumətinə "çox axmaqcasına" 350 milyard dollar verdikdən sonra ABŞ daha Ukraynaya pul vermir.
Hürr Tərcüman
