Tramp tezliklə Çinə səfər edəcəyini bildirib
2025-07-22 22:17:49
ABŞ Prezidenti Donald Tramp çox da uzaq olmayan gələcəkdə Çinə səfər edəcəyini etiraf edib.
O, bu barədə Ağ Evdə filippinli həmkarı Ferdinand Markos ilə görüşü zamanı bildirib.
“Prezident Si Cinpin məni Çinə dəvət etdi və biz bunu çox da uzaq olmayan gələcəkdə edəcəyik”, - deyə Tramp bildirib.
Xatırladaq ki, iyunun 5-də Tramp və Si Cinpin arasında telefon danışığı olub. Söhbətdən sonra ABŞ və Çin liderləri bu səfərlərin mümkün tarixlərini dəqiqləşdirmədən səfər mübadiləsi barədə razılığa gəliblər. İyulun 8-də Amerika lideri ABŞ və Çin arasında münasibətlərin yaxşılaşdığını bəyan edib. \\Yeniavaz.com
