Saat:23:57
Haqqımızda

Tramp: "Müharibəni dayandırmaq üçün Donbası bölmək lazımdır"

2025-10-20 14:46:46

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması üçün Donbasın bölünməsinin lazım olduğunu söyləyib. Onun sözlərinə görə, Donbas ərazisinin böyük bir qismi Rusiyanın nəzarəti altında qalmalıdır.
Tramp deyib: "Qoy hər şey indiki kimi qalsın. İndi artıq Donbas bölünüb. Məncə, Rusiya artıq bölgənin 78%-ni tutub".
Ağ Evin rəhbəri söyləyib: "Sonradan onlar öz aralarında nəsə razılaşa bilərlər. Ancaq hələlik münaqişənin hər iki tərəfi cəbhə xəttində dayanmalıdır - evlərinə getməli, döyüşləri dayandırmalı, insanları öldürməyi dayandırmalıdır".
Tramp oktyabrın 19-da "The Financial Times" qəzetində dərc olunan məqalədəki məlumatları təkzib edib.
İddiaya görə, Amerika Prezidenti Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı onu bütün Donbası Rusiyaya verməyə çağırıb və əks halda Rusiya prezidenti Vladimir Putinin Ukraynanı “məhv edəcəyini” bildirib.
Hürr Tərcüman