“Tramp marşrutu” üzrə ABŞ nümayəndə heyəti Ermənistana gedib
2025-10-03 14:28:07
Hurriyyet.az xəbər verir ki, "Tramp marşrutu” üzrə ABŞ nümayəndə heyəti Ermənistana gedib.
ABŞ-ın gömrük və sərhəd təhlükəsizliyi üzrə nümayəndə heyəti Ermənistana gedib. Səfər avqustun 8-də, Vaşinqtonda Sünikdən (Zəngəzur) keçən “Tramp marşrutu” (TRIPP) ilə bağlı imzalanmış sənədlər çərçivəsində həyata keçirilib.
ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, mütəxəssislər sentyabrın 29-dan oktyabrın 11-dək “təkmilləşdirmə tələb edən” sahələri müəyyən etmək üçün Ermənistan sərhəd qüvvələrinin fəaliyyətini qiymətləndirəcəklər.
Hürr Tərcüman
