Tramp: "Maduronun günləri sayılıb"
2025-12-09 17:02:42
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Politiko" ("Politico") nəşrinə müsahibəsində Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdə qalma müddətinin sona yaxınlaşdığını bəyan edib.
Ağ Evin başçısı deyib: "Onun günləri sayılıb".
Bununla yanaşı, Tramp ABŞ-nin Venesueladakı vəziyyətə hərbi müdaxilə imkanlarını nəzərdən keçirib-keçirmədiyi barəsində suala cavab verməkdən imtina edib. Tramp deyib: "Bunu müzakirə etmək istəməzdim".
Hürr Tərcüman
